İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa…. – VAY HALINA…
Məlum olduğu kimi, bir neç gün əvvəl 1-ci Qarabağ müharibəsi veteranı, “Siyəzənneft”in işçisi Elnur Bayramov dünyasını dəyişib. Dia-az.info xatırladır ki, erməni əsirliyində olmuş Elnur Bayramov vətənə qayıtdıqdan sonra üç dəfə infarkt keçirmiş, bir müddət əvvəl isə xərçəng xəstəliyinə düçar olmuşdu.
Neftçi yanvar ayında maddi yardım üçün SOCAR-a – daha dəqiqi Neft-Qaz Təmir Tikinti Trestininin rəhbərliyinə, konkret olaraq isə Qağaməli Seyfullayev müraciət etsə də, ona rədd cavabı verildi. Nəhayətdə bəlkə də ömrünü bir neçə günlük və həm də ağrısız uzadılması mümkün olan bir vətəndaşımız ağrı-acılar və ehtiyac içində dünyasını dəyişdi. Qeyd edək ki, mərhum ağrikəsən iynə dərmanlar almaq üçün müraciət etmişdi. Lakin Qağaməli kimi məmurlar ona rədd cavabı verib…. Və bu olay da neftçilər tərəfindən etirazla qarşılanmaqdadır..
Dia-az.info xatırladır ki, SOCAR sistemində çalışdığı müddətdə Seyfullayev əbəs yerə çirkli qüvvələrin “qara kassası” sayılmayıb, ölçüyəgəlməz kapitala yiyələnib və sözün əsl mənasında oliqarxa çevrilib. Məlumatlarda həmin nəhəng sərvətin bir qismi sadalanır:
– Bakı şəhərində və doğulduğu Biləsuvar rayonunda çoxlu sayda evləri, dəbdəbəli villaları vardır. Nəinki özünün, arvadının və uşaqlarının da sürücüləri vardır. Qağaməlinin sürdüyü “Maybach” markalı, 900 dövlət nömrə nişanlı avtomobilin qiyməti isə 500000 (beş yüz min) manat civarındadır. Təkcə həmin maşını almaq üçün yetəcək gəlirin deklorasiyası tələb olunsa, Q.Seyfullayev çətin ki, şəffaf mənbə bəyan edə bilsin.
Hər halda, bunca sərvət və imkan – həm də dövlət hesabına əldə olunan imtiyazlar qarşısında bir xəstə SOCAR əməkdaşına – məhz qanunun ttələblərinə uyğun olaraq əl uzatmaq mümkün idi…
Qanunlarsa belə deyir…
Aşağıda göstərilən və qüvvədə olan, bu normativ hüquq aktlar əsas verir ki, işçi və digər şəxslər heç bir xərc çəkmədən tibbi müalicə ala bilsinlər:
1. AR-sı Əmək Məcəlləsinin 12.-ci maddəsi: işçilərin əmək, maddi, sosial və digər məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisə əsasnaməsi və nizamnaməsinə və kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək – işəgötürənin əsas vəzifələrindən biridir.
2. Hər il Dövlət büdcəsindən səhiyyəyə və tibbə ayrılan maliyyə vəsaitləri.
3. İdarə və müəssisələrdə işçilərin tibbi sığorta olunması.
4. İşçilərin: idarə və müəssisələrdə bədbəxt hadisələrdən icbari tibbi sığortası.
5. Az istifadə olunsada könüllü tibbi sığorta
6. Müxtəlif maliyyə və ya xeyriyyə yardımları
7. Əmək müqaviləsi ilə işləyən işçilərdən 4 faiz olmaqla tutulan icbari tibbi sığorta haqları.
8. Mülki müqavilə ilə işləyən şəxslərdən hər ay 14 manat məbləğində icbari tibbi sığorta tutulması.
Hesabat ilində səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması məqsədilə əhalinin icbari tibbi sığortalanması üzrə dövlət büdcəsinin payına düşən vəsait 1 milyard 264 milyon manat təşkil edib (artım 12,6%). Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə AR-n Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.
Sual olunur, qanunlarla bu qədər dövlət təminatı olan işçilər nədən, o cümlədən də ağır xəstəlikdən əziyyət çəkən işçilər pulsuz müalicə olmamalıdlr?
Mövzuya qayıdacağıq.