Qida əlavələrinə dair yeni tələblər müəyyən edilir
Azərbaycanda qida qida əlavələrinə dair yeni tələblər müəyyən edilir.
Bununla bağlı “Qida əlavələrinə dair sanitariya norma və qaydalar” təsdiq edilib.
Qaydaların 2 və 3 nömrəli əlavəsində nəzərdə tutulmuş qida əlavələri aşağıdakı tələblərə cavab verməlidir:
- mövcud elmi sübutlara əsaslanaraq, müəyyən edilmiş maksimum istifadə miqdarı insan sağlamlığı üçün təhlükə yaratmamalıdır;
- iqtisadi və texnoloji yolla tətbiq edilə biləcək başqa üsullarla həyata keçirilə bilməyən mütləq texnoloji ehtiyacı qarşılamalıdır;
- qida məhsulunun istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını aldatmamalıdır.
- Bu Qaydalara 2 və 3 nömrəli əlavədə göstərilən qida əlavələri qida məhsullarında aşağıda sadalanan bir və ya bir neçə məqsəd üçün istifadə edilir:
- qida məhsulunun qidalılıq dəyərinin qorunması;
- xüsusi təyinatlı qida məhsullarında zəruri inqrediyentləri təmin etməsi;
- qida məhsulunun təbii xüsusiyyətlərini, tərkibini və keyfiyyətini istehlakçıları çaşdıracaq dərəcədə dəyişdirməməsi şərtilə, onun keyfiyyəti və yararlılığının saxlanılmasının təmin edilməsi və ya orqanoleptik xüsusiyyətlərini yaxşılaşdırması.