azfakt.az
http://azfakt.az

Bolqarıstan Azərbaycan-Aİ "yaşıl enerji" dəhlizində mühüm rol oynaya bilər - Nazirlik

18-03-2024, 14:47 Baxılıb: 0

Bolqarıstan Azərbaycan-Aİ "yaşıl enerji" dəhlizində mühüm rol oynaya bilər - Nazirlik

Bolqarıstan özünün mütərəqqi elektrik ötürmə sistemi sayəsində Azərbaycan-Aİ "yaşıl enerji" dəhlizində mühüm rol oynaya bilər.

Bu barədə ölkənin Energetika Nazirliyindəki mənbədən bildiriblər.

"Əlbəttə, Bolqarıstan layihəyə açıq dəstəyini ifadə edən ilk ölkələrdən biridir. 3 aprel 2023-cü il tarixli məktubda Energetika Nazirliyi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq haqqında Sazişi dəstəkləyib və Bolqarıstan hökumətinin "Orta Yaşıl Dəhliz" birgə layihəsinə qoşulmaqda maraqlı olduğunu bildirib.

Bolqarıstan özünün mütərəqqi elektrik ötürmə sistemi, qonşu ölkələrlə qarşılıqlı əlaqələri, qabaqcıl inkişaf etmiş elektrik enerjisi bazarı, eləcə də, bərpa olunan enerji mənbələrinə investisiyalar üçün imkanları, infrastruktur layihələr və "yaşıl enerji"yə artan tələbat sayəsində layihədə mühüm rol oynaya bilərdi", - deyə mənbə bildirib.

17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb.


Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl enerji" tədarükünü təşkil etməyə imkan verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930