azfakt.az
http://azfakt.az

Azərbaycan və İran ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasının vacibliyini vurğulayıblar

16-03-2024, 20:04 Baxılıb: 0

Azərbaycan və İran ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasının vacibliyini vurğulayıblar


İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iki qonşu ölkə arasında münasibətlərdə yeni səhifənin açılmasının zəruriliyini vurğulayıblar.
Bu barədə səfir "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə bu yaxınlarda keçirdiyim görüşdə biz Cənubi Qafqaz regionunda baş verən son hadisələri və İran və Azərbaycan arasında ikitərəfli münasibətləri nəzərdən keçirdik. Biz iki qonşu dövlət arasında münasibətlərdə yeni səhifənin açılmasının vacibliyini vurğuladıq", - deyə paylaşımda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930