Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov - Şərəfli ömür yolu.
Çoxillik iş təcrübəsi, aşağıdan yuxarıyacan bütün vəzifə pillələrini ardıcıllıqla keçməsi, işə vicdanlı münasibəti, hər bir işçinin hüquqlarının qorunması və sosial problemlərinin operativ həll olunması, onlara qayğı və diqqətin nümunəvi təşkil olunması və kollektivi eyni məqsəd naminə toplamaq bacarığı onun kollektivdə sevilməsinə və uğurlar qazanmasına zəmin yaratmışdır.
Söhbət Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimovdan gedir . Hafiz müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur. Hafiz Kərimov Qazilərin, Şəhid ailələrinin, Veteranların , az təminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Hafiz müəllim öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.Hər kəsə bəllidir ki, Hafiz müəllim yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Hafiz Kərimov hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Hafiz müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük müəllim kimi öz çoxsaylı ardıcıllarına yol göstərir. O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir rəhbər və vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir.
Əminik ki, hələ uzun illər Hafiz müəllim bu vətən, bu xalq üçün böyük işlər görəcək, respublikamızın iqtisadi yüksəlişinə daha böyük töhfələr verəcəkdir.
Baş redaktor
Kəmalə Eldarlı