Bakıda idman gimnastikası üzrə FIG Dünya Kubokunun üçüncü günü keçirilir
Bakıda yerləşən Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kubokunun üçüncü günü keçirilir.
Bu gün beş alətdə hərəkətlər üzrə final yarışları keçirilir.
Kişi idman gimnastikasının nümayəndələri arasında sərbəst hərəkətlər, paralel tirlər və halqalarla məşqlər üzrə, qadın idman gimnastikasının nümayəndələri arasında isə müxtəlif hündürlüklü qollarda hərəkətlər və dayaq tullanışı üzrə qaliblər və mükafatçılar müəyyən ediləcək.
Qeyd edək ki, idman gimnastikası üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında (7-10 mart) keçirilir. Yarışlarda dünyanın 67 ölkəsindən 300 idmançı iştirak edir.
Bakıda keçirilən Dünya Kuboku 2024-cü il Olimpiya Oyunları üçün kvalifikasiya xarakteri daşıyır. Yarışların yekunlarına görə on mükafat dəsti təqdim olunacaq. Həmçinin, yarışlarda ən yüksək bal toplayan gimnastlara "AGF Trophy" kuboku təqdim olunacaq.