azfakt.az
http://azfakt.az

Yanvar-fevral aylarında İranın Türkiyədən kimyəvi maddə idxalının həcmi açıqlanıb

8-03-2024, 18:52 Baxılıb: 0

Yanvar-fevral aylarında İranın Türkiyədən kimyəvi maddə idxalının həcmi açıqlanıb

Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında İrana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz artıraraq 101,1 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin fevral ayında Türkiyənin İrana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 31,2 faiz artaraq, 50,2 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıraraq, 5 milyon dollara çatdırıb.

2024-cü ilin fevral ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 15,2 faiz artaraq, 2,6 milyon dollara bərabər olub.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024-fevral 2023) Türkiyə 30,9 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930