Ötən il mənzil bazarında qiymətlər bu qədər bahalaşıb
DSK-nın məlumatına əsasən 2023-cü ilin IV rübündə mənzil bazarında qiymət indeksi ötən ilin müvafiq rübünə nəzərən 9% artıb.
Bu barədə Mərkəzi Bankın 2023-cü il üzrə Pul Siyasəti İcmalında deyilir.
Qeyd edilib ki, ilkin mənzil bazarında qiymət indeksi 6.9%, təkrar mənzil bazarında qiymət indeksi isə 9.1% yüksəlib.
2023-cü ilin III rübü ilə müqayisədə IV rüb üzrə qiymət indeksi ümumilikdə mənzil bazarında 1.7%, ilkin mənzil bazarında 1.8%, təkrar mənzil bazarında isə 1.7% artıb.