Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Njupuo Yap Mariatu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Sizin bu qələbəniz Azərbaycan xalqı tərəfindən siyasi rəhbərliyinizin, eləcə də Azərbaycan Respublikasının təhlükəsizliyini və suverenliyini möhkəmləndirmək, həmvətənlərinizin firavanlığını daha da yaxşılaşdırmaq istiqamətində səylərinizin dəstəklənməsinin bariz sübutudur.
Sizin liderliyiniz və səyləriniz Azərbaycan Respublikasının hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Təşkilatımız Sizin təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahəsində bizimlə münasibətlərin möhkəmlənməsinə şəxsi töhfələrinizi yüksək qiymətləndirir.
İnanıram ki, dəstəyiniz və əməkdaşlığınız davamlı olacaqdır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".