MDB Baş katibi Əli Əsədovu təbrik edib
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Çox hörmətli Əli Hidayət oğlu!
Yenidən yüksək dövlət vəzifəsi, Azərbaycan Respublikasının Baş naziri təyin edilməniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökümət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli əməkdaşlığın qorunması istiqamətində xətti davam etdirəcək.
Çox hörmətli Əli Hidayət oğlu, Sizə cansalığı, əmin-amanlıq və Azərbaycan xalqının mənafeyi naminə planların və təşəbüslərin icrasında uğurlar arzulayıram".