Azərbaycan ilə Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
Bunu Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Əli Əsədovu Baş nazir təyin edilməsi münasibətilə təbrikində bildirib.
“Qarşıdakı dövrdə təşkil edəcəyimiz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı Sizi ölkəmizdə qonaq etməkdən duyacağım məmnunluq hissini də qeyd etmək istəyirəm” – deyə Cevdet Yılmaz qeyd edib.
Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri Baş nazir Əli Əsədovdur.