azfakt.az
http://azfakt.az

İşinin peşəkarı və saf əqidəli insan

24-08-2023, 13:56 Baxılıb: 33

 

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Xaçmaz Regional Qaz Istismarı İdarəsinin rəisi Azər Abbasov vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahibidir..


Azər müəllim işinin peşəkarına qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir rəhbər sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.


Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.


Xaçmaz Regional Qaz Istismarı İdarəsinin rəisi Azər AbbasovAzərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Azər müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.


... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!


 

 

P.S

 

Xaçmaz Regional Qaz Istismarı İdarəsinin rəisi Azər Abbasov deyir: Bildiyimiz kimi 2023-cü ilin dekabr ayında Müzəffər Ali Baş komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə müasir Azərbaycan Respublikasının qurucusu və banisi, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin 100 illiyi bağlı 2023-cü ili məhz “HEYDƏR ƏLİYEV İLİ” olaraq sərəncam imzaladı. Bütün dünyaya məlumdur ki, Ulu Öndər Heydər Əliyev yeni Müstəqil Azərbaycanı yaradıcısı və bu günə qədər də onun ideyalarına sadiq qalaraq siyasətini uğurla davam etdirəm siyasi varisi Prezident İlham Heydər oğlu Əliyevdir. Ulu Öndərimizin Azərbaycan xalqına, Azərbaycan dövlətinə həsr olunmuş fəaliyyəti və ömür yolu gələcək nəsillərə bir nümunədir və bunu nəsildən-nəsilə ötürmək bir məmur olaraq, ən başlıcası Azərbaycan vətəndaşı olaraq hər birimizin borcudur.


Tarixdən məlum olduğu kimi, şəxsiyyətlərin cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var. Məhz Ulu Öndərin gərgin əməyinin nəticəsində dövlət müstəqilliyinin ilk illərində dərin böhrana düçar olmuş ölkə iqtisadiyyatı yenidən və müasir dövrün tələblərinə uyğun qurulub, dünya iqtisadiyyatına inteqrasiya edilib. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi kurs hazırkı dövrdə də öz əhəmiyyətini qoruyub saxlayır.   


Beləliklə, 2003-2023-cü illərdə Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, torpaqlarımız işğaldan azad olundu, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Lakin milli iqtisadiyyatını formalaşdırmaqda olan Azərbaycan Respublikası müstəqil və gənc dövlət olaraq iqtisadi dayaqlarını daha da möhkəmləndirməli, yeni dövrün çağırışlarını özünün sosial-iqtisadi həyatında daha çevik nəzərə almalıdır. Azərbaycan xalqı bu vəzifələrin məhz İlham Əliyev tərəfindən daha uğurla həyata keçirilə biləcəyini nəzərə alıb öz seçimini bir qayda olaraq onunla bağlayır, dövlətimizin idarə edilməsini tərəddüd etmədən Lider Şəxsiyyətə etibar edir...


 

Hazırladı:

Kəmalə Eldarlı

Baş redaktor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930