QALİB XALQ, QALİB LİDERİNİ SEÇDİ. TƏBRİK EDİRİK!!!
Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər Xeyirxah insan- Xeyriyyəçi Rafiq Atakişiyev olacaqdır.İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Rafiq müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
Rafiq Atakişiyev ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman Xalq-Dövlət, Dövlət-Xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Rafiq müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Rafiq Atakişiyev böyük genetik irsin varisidir.
Xeyirxah insan- Xeyriyyəçi Rafiq Atakişiyev - Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
İcazə verin, Sizi Prezident seçkisində qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizin rəhbərliyiniz və yorulmaz fəaliyyətiniz sayəsində bütün tarixi torpaqlar Zəfərlə azad olunub, Azərbaycan ildən-ilə yeni zirvələr fəth edir, inkişaf edir və haqlı olaraq dünya arenasında öz layiqli yerini tutur.
Azərbaycanda yaşayan bütün xalqlar arasında əsl tolerant, mehriban münasibətlərin təşəkkül tapmasına Sizin töhfəniz misilsizdir. Azərbaycanda dini mənsubiyyətindən, irqindən, ictimai-siyasi fəaliyyətindən asılı olmayaraq, ölkəmizin bütün sakinləri ilə sülh və dostluq şəraitində yaşayıblar. Sizin böyük xidmətiniz sayəsində belə vəziyyət bu gün də davam edir, ölkəmizin bütün vətəndaşları buna görə Sizə sonsuz minnətdardırlar.
Cənab Prezident, Sizin ölkə rəhbəri kimi fəaliyyət göstərdiyiniz ötən 20 il ərzində Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətləriniz olub. Siz Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə hər zaman sadiq olaraq Azərbaycanı yüksək zirvələrə qaldırmısınız. Sizinlə fəxr edirik. Siz bütün dünya azərbaycanlılarının əziz dostusunuz. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Keçirilən prezident seçkilərində sevinc və fərəh hissi ilə iştirak edərək Sizi hər zaman olduğu kimi yenədə yumruq kimi birləşərək yanınızdayıq, xalqımızın işıqlı gələcəyinə səs verdik.
Bu əlamətdar gündə böyük məmnunluq hissi ilə Sizə minnətdarlığımı və ehtiramımı çatdırır, səmimi-qəlbdən yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, övladlarınıza və nəvələrinizə bol-bol sevinc arzulayıram.
Sizə və ailənizə qarşıdan gələn hər bir gün üçün xoş və firavan həyat arzulayıram.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Müzəffər Ali Baş Komandan!