Böyük Britaniya kralı müalicə zamanı baş nazirlə həftəlik görüşməyə davam edəcək
Böyük Britaniya kralı III Çarlz xərçəng xəstəliyinin müalicəsi zamanı həftəlik ölkənin baş nazir Rişi Sunakı qəbul etməyə davam edəcək.
Bu barədə "Sky News" telekanalı və "BBC" yayım korporasiyası bildiriblər.
Daha əvvəl Bukingem sarayında qeyd ediblər, həkimlər krala ambulator müalicə zamanı dövlət vəzifələrini yerinə yetirməkdən çəkinməyi tövsiyə etsələr də, o, dövlət işləri ilə məşğul olmağa və sənədlərlə işləməyə davam edəcək. Monarxın rəsmi vəzifələrinə parlamentin qəbul etdiyi qanunları imzalamaq daxildir.
Kral həmçinin ölkədə və dünyada baş verən mühüm hadisələri müzakirə etmək üçün Baş naziri həftəlik Bukingem sarayında qəbul edir.