ABŞ Yəmənə yeni zərbələr endirib
ABŞ ordusu Yəməndə "Ənsar Allah" hərəkatının husi üsyançılarının istifadə etdiyi yerüstü pilotsuz uçuş aparatlarını hədəfə alaraq yeni zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.
Qeyd olunub ki, ABŞ hərbçiləri bu dronları husilərin nəzarətində olan Yəmən ərazilərində aşkar edərək, onların regiondakı Amerika döyüş gəmiləri və ticarət gəmiləri üçün birbaşa təhlükə olduğu qənaətinə gəliblər.