Sabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var.
Arabir güclənən cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru zəifləyəcək.
Havanın temperaturu gecə 4-8°, gündüz 9-13° olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65% olacaq.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 1-6°, gündüz 11-16°, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.