Veb-kameralar seçkiləri obyektiv şəkildə izləməyə imkan verəcək - MSK sədri
Azərbaycanda uzun illərdir veb-kameralardan istifadə olunur. Seçkilərlə bağlı bütün ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu da seçkiləri obyektiv şəkildə izləməyə imkan verəcək. Belə ki, hər bir şəxs dünyanın istənilən yerindən seçki prosesini izləyə biləcək.
Bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
O bildirib ki, seçkilərin keçirilməsində aşkarlıq birinci göstəricilərdəndir:
"Bu aşkarlığın təmin edilməsi də media subyektləri və veb-kameralar vasitəsilə həyata keçirilir".