azfakt.az
http://azfakt.az

Azərbaycan və Argentina XİN rəhbərləri telefonla danışıb

26-01-2024, 19:53 Baxılıb: 0

Azərbaycan və Argentina XİN rəhbərləri telefonla danışıb

26 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Diana Mondino arasında telefon danışığı baş tutub.

XİN-dən Trend-ə verilən xəbərə görə, telefon danışığı zamanı ilk öncə nazir Ceyhun Bayramov nazir Mondinoya yüksək vəzifəyə təyinatı münasibətilə təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanla Argentina arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib, ölkələr arasında siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd olunub. Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun işinin intensivləşməsi, növbəti görüşə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, kənd təsərrüfatı, alternativ enerji, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcudluğu, bununla yanaşı, ötən il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsi və birgə tədbirlərin keçirilməsi məmnunluqla vurğulanıb.

Ölkəmizin bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin böyük əhəmiyyət daşıdığı, tədbirin ölkələrimiz arasında yüksək səviyyəli təmaslar üçün vacib platforma olacağı qeyd edilib.

Telefon danışığı zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930