Azərbaycanda bazar və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları müəyyənləşəcək
Azərbaycanda bazar və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları müəyyənləşəcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Fərmanda əksini tapıb.
Nazirlər Kabineti 6 ay müddətində rəqabət orqanı tərəfindən bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir.