qanunedalet.com.az
http://qanunedalet.com.az

“Qarabağ” onunla da yolları ayırdı

11-02-2025, 19:27

qarabag-onunla-da-yollari-ayirdi

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.
Bu barədə klubun saytı məlumat yayıb.

35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə Ağdam təmsilçisinin formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Qeyd edək ki, "Qarabağ" bu qış  Olavio Juninyo və Julio Romao ilə də yollarını ayırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728