Azərbaycan gimnastı Qazaxıstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan gimnastı Ayan Sadıqova Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “Alem Cup” beynəlxalq turnirində bürünc medal qazanıb.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Turnirdə Ayan Sadıqova lentlə hərəkətdə üçüncü yeri tutub.
Qeyd edək ki, martın 22-25-də Astanada bədii gimnastika üzrə “Alem Cup” beynəlxalq turniri keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: