qanunedalet.com.az
http://qanunedalet.com.az

Özbəkistanda axtarılan qadın Bakıda həbs edildi

29-08-2025, 18:21

ozbekistanda-axtarilan-qadin-bakida-hebs-edildi

Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1987-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Burxonova Gulnoza Raxmatullaevnanın cinayət məsuliyyətinə cəlb olunması üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda dələduzluq və rəsmi sənədləri saxtalaşdırma cinayətlərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş G.R.Burxonova Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930