qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycanda saxlanılmışdı, ölkəsinə təhvil verildi

Dünən, 20:33

azerbaycanda-saxlanilmisdi-olkesine-tehvil-verildi


2000-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Urinboyev Saidkamol Sattorbek oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Baş Prokurorluqdan  verilən məlumata görə, Özbəkistanda xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S.Urinboyev cari ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031