Ağdamda 47 yaşlı kişini evakuator vurub öldürdü
Ağdamda evakuator piyadanı vuraraq öldürüb.
“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Dördyol-2 qəsəbəsi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Isuzu” markalı evakuator yolu keçən Ağdam rayon Güllücə kənd sakini 1978-ci il təvəllüdlü Məhəmməd Qurbanovu vurub. Nəticədə M.Qurbanov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.