Şəmkirdə 64 yaşlı kişini maşın vurub öldürdü

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə şəhərin İsrafil Məmmədov küçəsində (5-ci küçə) qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil 1960-cı il təvəllüdlü Ziyafət Səmədzadəni vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Qeyd edək ki, mərhum Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışıb.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: