Danışıqları davam etdirmək barədə razılığa gəldilər

Hindistan və Pakistanın hərbi rəhbərləri telefon vasitəsilə ölkələr arasında razılaşdırılmış atəşkəs rejimini müzakirə edib və danışıqları davam etdirməyə razılaşıblar.
Bu barədə “News18” telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət zamanı hərbi liderlər beynəlxalq sərhəd və nəzarət xəttində atəşkəs rejiminin şərtlərini, pilotsuz uçuş aparatları məsələlərini müzakirə ediblər.
Danışıqların növbəti tarixi yaxın vaxtlarda açıqlanacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: