“Şurik”in həkimi vəfat etdi
Rusiyanın əməkdar artisti, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa Nina Qrebeşkova 94 yaşında vəfat edib.
Bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının teleqram səhifəsində bildirilib.
“2025-ci il mayın 10-da 95 yaşında bir çox nəsillərin sevimli aktrisası, Rusiyanın əməkdar artisti Nina Pavlovna Qrebeşkova (1930-2025) vəfat edib”, - məlumatda deyilir.
Qeyd edək ki, “Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları”, “12 stul”, “Ola bilməz”, “Sportloto-82” və digər filmlərdəki rolları ona şöhrət qazandırıb.