Ukraynada mülki şəxslərə hərbi təlim keçiriləcək
Ukrayna hökuməti ölkənin bütün regionlarında mülki şəxslər üçün hərbi təlim mərkəzlərinin açılması barədə qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında yer alıb.
Məlumata görə, sözügedən mərkəzlərə rəhbərləri vilayət şuraları təyin edəcək.
Xatırladaq ki, Ukraynada 2022-ci ilin fevralından hərbi vəziyyət və səfərbərlik elan edilib və həmin tarixdən etibarən dəfələrlə müddəti uzadılıb.