qanunedalet.com.az
http://qanunedalet.com.az

ABŞ Rusiyaya qarşı yeni sanksiya tətbiq etdi

2-04-2025, 18:40

abs-rusiyaya-qarsi-yeni-sanksiya-tetbiq-etdi

ABŞ Rusiyaya qarşı yeni sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Yeni sanksiya siyahısına dörd fiziki, üç hüquqi şəxs və bir quru yük gəmisi əlavə edilib.

Aprelin 2-də 25 demokrat və 25 respublikaçıdan ibarət ABŞ Senatının yarısının birləşərək Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi irəli sürdüyü bildirilib. Layihənin əsas müəllifləri senatorlar Lindsi Qrem (Rusiya Federasiyasında terrorçular və ekstremistlər siyahısındadır) və Riçard Blumentaldır. Onların təşəbbüsü ilə Ukraynada sülh sazişinin imzalanmasından sonra münaqişənin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı ilkin və ikinci dərəcəli sanksiyalar tətbiq olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930