qanunedalet.com.az
http://qanunedalet.com.az

“Cavabımız sərt olacaq” - Xamenei

31-03-2025, 18:13

cavabimiz-sert-olacaq

İranın Ali lideri Əli Xamenei ABŞ-nin ölkəyə kənardan hücumu ehtimalına inanmadığını, lakin Vaşinqtonun, İran daxilində üsyan qaldırmağa çalışarsa, sərt cavab alacağını bildirib.

“Qafqazinfo” İran mətbuatına istinadən xəbər verir ki, Xamenei bu sözləri Ramazan bayramı münasibətilə xütbə zamanı deyib.

“Onlar nəsə pis iş görəcəkləri ilə hədələyirlər, lakin biz belə düşünmürük, hətta ehtimal azdır ki, onlar kənardan nəsə pislik edərlər. Amma etsələr belə, bizim cavabımız sərt olacaq. Əgər birdən ölkə daxilində üsyan qaldırmağa qərar versələr, o zaman İran xalqı özü onlara cavab verəcək”, - deyə o bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməyəcəyi təqdirdə İranın başına pis şey gələ biləcəyini deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031