qanunedalet.com.az
http://qanunedalet.com.az

Türkiyədəki etirazlarda 1418 aksiyaçı saxlanıldı

25-03-2025, 19:54

turkiyedeki-etirazlarda-1418-aksiyaci-saxlanildi

Son 6 gündə Türkiyədəki etiraz aksiyalarında 1418 şübhəli saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial hesabında paylaşım edib.

“Küçələrdə terror törətməyə cəhd edənlərə heç vaxt güzəştə getməyəcəyik. Martın 19-dan bu yana keçirilən qanunsuz nümayişlərdə 1418 şübhəli saxlanılıb. Hazırda 979 şübhəli həbsdə olsa da, terrora cəhd edənlərin 478 nəfəri bu gün məhkəməyə çıxarılacaq.

Milli-mənəvi dəyərlərimizi, polislərimizi, prezidentimiz Ərdoğanın rəhmətlik anasını və ailəsini təhqir edənləri bir daha lənətləyirəm. Təhlükəsizlik qüvvələrimiz millətimizin əmin-amanlığını və təhlükəsizliyini 7/24 qoruyacaq”, - türkiyəli nazir vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930