qanunedalet.com.az
http://qanunedalet.com.az

Zelenski atəşkəsi niyə qəbul etdiyini açıqladı

12-03-2025, 18:58

zelenski-ateskesi-niye-qebul-etdiyini-aciqladi

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin ABŞ ilə danışıqlarda 30 günlük atəşkəsə niyə razı olduğunu açıqlayıb.
Buna səbəb ABŞ-nin Ukraynanın hazırkı rəhbərliyinin sülh istəmədiyi ilə bağlı iddialarına son qoymaq olub.

Ukrayna lideri qeyd edib ki, Rusiyanın hər hansı razılaşmalara əməl edəcəyi ilə bağlı heç bir təəssüratı yoxdur, lakin ölkəsinin guya müharibənin ümumiyyətlə bitməsini istəmədiyi ilə bağlı iddialara son qoymaq üçün təklifi qəbul etməyi zəruri hesab edib:

“Mən dəfələrlə vurğulamışam: heç birimiz ruslara güvənmirik. Ancaq Rusiyanın bütün dünyaya yaydığı müharibənin bitməsini istəmədiyimiz haqda nağıllara yol verməyəcəyik. Çox ciddiyəm və müharibəni bitirmək mənim üçün vacibdir. Mən ABŞ prezidentinin və amerikalıların da bunu görməsini istəyirəm.

Ona görə də mənim reaksiyam o oldu ki, biz 30 günlük sükut formatına hazırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30