qanunedalet.com.az
http://qanunedalet.com.az

Uşağını unitaza atan qadına 15 il həbs cəzası verildi

24-02-2025, 18:12

usagini-unitaza-atan-qadina-15-il-hebs-cezasi-verildi

Ötən il yenicə dünyaya gətirdiyi körpəsini Türkiyənin Antalya hava limanında atıb gedən rusiyalı Yekaterina Burnaskinaya hökm oxunub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmə qadına körpənin həyatına qəsdetmə maddəsi üzrə 15 il həbs cəzası verib.

Xatırladaq ki, Y.Burnaskina körpəsini 2024-cü il oktyabrın 14-ü Antalya aeroportunda fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan sanitar qovşaqda dünyaya gətirib. Bunun ardınca, o, körpəni unitaza ataraq gedib.

Körpə qız atıldıqdan 12 dəqiqə sonra təmizlik işçisi tərəfindən aşkar edilib və bu barədə polisə məlumat verilib.

Bundan sonra 28 yaşlı qadın anası ilə birlikdə Rusiyaya qaçmağa çalışmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031