qanunedalet.com.az
http://qanunedalet.com.az

ABŞ-nin göndərdiyi miqrantları öz həbsxanalarında yerləşdirəcək

4-02-2025, 20:39

abs-nin-gonderdiyi-miqrantlari-oz-hebsxanalarinda-yerlesdirecek

Mərkəzi Amerikada yerləşən Salvador ABŞ-də saxlanılan qanunsuz miqrantların ölkənin həbsxanalarında yerləşdirilməsinə razılıq verib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bununla yanaşı, Salvador Prezidenti Nayib Bukele əlavə ödəniş müqabilində ABŞ-də mühakimə edilmiş cinayətkarların da qəbul edilməsini vəd edib.
İlkin ehtimallara görə, həmin şəxslər Terrorçuların Saxlanılma Mərkəzinə göndəriləcək.

Qeyd edək ki, Nayib Bukele və ABŞ Dövlət katibi Marko Rubio fevralın 3-də qanunsuz miqrasiya ilə mübarizəyə dair saziş imzalayıblar. Dövlət Departamentinin saytında yer alan məlumata görə, Salvador ABŞ ərazisində qanunsuz olan Salvadorun “MS-13” bandasının və Venezuelanın “Trend de Aragua” bandasının üzvlərini qəbul etmək barədə qərar qəbul edib. 

Onu da xatırladaq ki, Donald Tramp ABŞ Prezidenti postuna gələn kimi ölkədə qanunsuz miqrantlarla mübarizə aparacağını bildirmişdi. Trampın andiçmə mərasimindən dərhal sonra ABŞ-də kolumbiyalı miqrantların kütləvi halda ölkədən göndərilməsinə başlanıldı. Kolumbiya ilk olaraq sözügedən miqrantları qəbul etməkdən imtina etsə də, Trampın məhsullara 25 faiz həcmində rüsum tətbiq etməklə bağlı hədələrindən sonra qərarını dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728