qanunedalet.com.az
http://qanunedalet.com.az

Türkiyədə günün ikinci hadisəsi - Yaralananlar var

21-01-2025, 14:03

turkiyede-gunun-ikinci-hadisesi

Türkiyədə daha bir xizəkçilik kurortunda partlayış olub.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, hadisə Sivasda yerləşən kurortdakı hoteldə qeydə alınıb.

Qadın xizəkçilərin olduğu otaqda baş vermiş partlayış nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım helikopteri və təcili yardım maşınları ilə şəhər mərkəzindəki xəstəxanalara çatdırılıb. Onların həyati təhlükəsinin olmadığı bildirilib.

Partlayışın səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, bu gün Türkiyədə “Kartalkaya” xizəkçilik kurortunda yerləşən hoteldə yanğın baş verib. Nəticədə 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728