Türkiyə ordusu Suriyada altı terrorçunu zərərsizləşdirib

Suriyanın şimalında “Fırat kalkanı” və “Barış pınarı” bölgələrində müəyyən edilən 6 PKK/YPG terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.
Bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlikdən verilən açıqlamada, “Harda olurlarsa olsunlar terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək!”, - sözləri qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: