Türkiyə ordusu İraqın şimalında iki terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında iki PKK terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.
Nazirlik terrorçuların "Pençe-Kilit" əməliyyatı bölgəsində zərərsizləşdirildiyini bildirib.
Qeyd edək ki, ötən gün "Pençe-Kilit" əməliyyatı bölgəsində terrorçularla toqquşma nəticəsində türk əsgəri Saleh Ay şəhid olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: