qanunedalet.com.az
http://qanunedalet.com.az

Almaniya Polşa və Çexiya ilə sərhəddə yoxlamalar tətbiq edəcək

27-09-2023, 08:13

 

Almaniyanın daxili işlər naziri Nensi Faser sentyabrın 27-də miqrant və sığınacaq axtaranların axını fonunda ölkənin Polşa və Çexiya ilə sərhədlərində müvəqqəti yoxlamaların aparılması ilə bağlı göstəriş verəcək.

“Report” xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, yaxın bir neçə gün ərzində “seçilmiş sərhəd keçidlərində” yoxlamalar başlayacaq.

2023-cü ilin əvvəlindən 204 min insan sığınacaq üçün Almaniya hakimiyyətinə müraciət edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 77% çoxdur.

Sentyabrın 23-də Almaniya kansleri Olaf Şolts sərhəddə nəzarətin gücləndirilməsinə icazə verib. Eyni zamanda o, Almaniyanın ehtiyacı olanlara sığınacaq verməyə davam edəcəyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728