Fransa da Bakı ilə İrəvanın birgə bəyanatına münasibət bildirdi

Rəsmi Paris Ermənistan-Azərbaycan birgə bəyanatını alqışlayır.
Bu barədə Fransa XİN açıqlayıb.
Eyni zamanda Fransa Avropa İttifaqı və ABŞ-nin dəstəyi ilə İrəvan və Bakı arasında sülh sazişi üzrə danışıqların tezliklə bərpasına dəstəyini ifadə edib: "Paris bir daha vurğulayır ki, sabit sülh yalnız beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və iki dövlətin sərhədlərinin toxunulmazlığına hörmət edildiyi təqdirdə mümkündür".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: