qanunedalet.com.az
http://qanunedalet.com.az

Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” istintaqa ÇAĞIRILDI

16-11-2023, 14:21

Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” istintaqa ÇAĞIRILDI

“Bu gün səhər mən Cəlal Arutyunyanla danışdım, kiçik hüquqi problem var, həll olunarsa, məncə, o, İstintaq komissiyasının iclasında iştirak edə biləcək”.
 
Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan jurnalistlərə bildirib.

O deyib ki, Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” Cəlal Arutyunyan bəzi məsələlərə aydınlıq gətirməlidir.

“İstintaq komissiyası onun gəlmədiyi təqdirdə heç nə edə bilməyəcək. Amma bizim hazırladığımız qanunvericilik təşəbbüsü istintaq komissiyalarına gələcəkdə imkan verəcək ki, dəvət olunanların iclaslara gəlməmək imkanı olmasın”, - deyə Köçəryan bildirib.

O, həmçinin qeyd edib ki, parlamentin təhqiqat komissiyasının iclasına qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan da dəvət olunub. Şahramanyan hələ ki dəvətə cavab verməyib.
“İstintaq komissiyasının həm Şahramanyan, həm də Arutyunyanı dinləməsi çox vacibdir”, - Andranik Köçəryan bildirib.
Köçəryanın sözlərinə görə, parlamentin İstintaq komissiyayası Qarabağ separatçılarının keçmiş başçısı Arayik Arutyunyanı, eləcə də 44 günlük müharibə zamanı “müdafiə naziri” olmuş Cəlal Arutyunyanı məğlubiyyətin səbəblərinin araşdırılması üçün dindirmək istəyir. Amma Arayik Arutyuntan Bakıda həbsdə olduğundan onun dindirilməsi mümkün deyil.

Belədə komissiya bir sıra suallara Cəlal Arutyunyan və Araik Arutyunyan əvəzinə “Artsax”ın sonuncu başçısı Şahramanyandan cavab almaq qərarına gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728