"Üçtərəfli işçi qrupu mütəmadi görüşlər keçirir" - Overçuk

Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin daxil olduğu üçtərəfli işçi qrupu mütəmadi görüşlər keçirir.
Bu barədə Verona Avrasiya İqtisadi Forumu çərçivəsində Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Biz müntəzəm olaraq əlaqə saxlayırıq", - deyə Overçuk açıqlayıb.
O, sonuncu dəfə iyunun 2-də görüşdüklərini deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: