qanunedalet.com.az
http://qanunedalet.com.az

Sabah İrəvanda görüşəcəklər

21-10-2025, 19:01

sabah-irevanda-gorusecekler

21-22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin yayımladığı bəyanatda qeyd olunub.
Məlumata görə, tədbir zamanı Vaşinqtonda avqustun 8-də keçirilmiş görüşdən sonra formalaşan sülh gündəliyi, iki xalq arasında etimadın möhkəmləndirilməsi, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı və vətəndaş cəmiyyətləri arasında davamlı dialoqun qurulması məsələləri müzakirə olunacaq.

Bildirilib ki, tədbirin məqsədi regionda dayanıqlı sülh və qarşılıqlı anlaşmaya töhfə verəcək uzunmüddətli əməkdaşlıq platformasının yaradılmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930