Rusiya XİN-dən Əhməd Hacıyevlə bağlı açıqlama

“Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin guya saxlanılması ilə bağlı məlumat həqiqətə uyğun deyil”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Bildiyim qədərilə, “Lukoyl”un belə bir filialı belə yoxdur, nə də belə bir vəzifə və şəxs mövcuddur. Bax, bu da klassik saxtakarlıqdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün Rusiya mediasında “Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı və məhkəməyə aparıldığı barədə məlumat yayılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İş adamından Gəncə Apellyasiya Məhkəməsinin hakiminə etiraz – “Afiq Hüseynzadə banklara xidmət edir”