Şahbaz Şərif Azərbaycana gələcək

Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistanın hökumət mənbələri məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində regional təhlükəsizlik, qlobal siyasi iqlim və uzunmüddətli əməkdaşlıq strategiyaları ilə bağlı ətraflı müzakirələr aparılacaq.
Qeyd edilib ki, Şahbaz Şərif İran, Azərbaycan və Türkiyə liderləri ilə görüşəcək. O, Hindistanla artan gərginlikdə göstərdikləri dəstəyə görə onlara təşəkkür edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İş adamından Gəncə Apellyasiya Məhkəməsinin hakiminə etiraz – “Afiq Hüseynzadə banklara xidmət edir”