qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu tarixdə görüşəcəklər

13-05-2025, 19:55

bu-tarixde-gorusecekler

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir, bu haqda Ukrayna lideri açıqlama verib.

“Mayın 15-də Ankarada Ərdoğanla görüşüm olacaq”, - o qeyd edib.

Zelenski həmçinin bildirib ki, Ankara və ya İstanbulda Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi də gözləyir.

Kiyevdən Rusiya və Ukrayna nümayəndələrinin fərqli tərkibdə görüşünün mümkünlüyünü nəzərdən keçirib-keçirməyəcəyi ilə bağlı suala isə Zelenski belə cavab verib:

“Biz hələ ki, başqa formatlar üzərində işləməmişik və müzakirə etməmişik. Mən tək olmayacağam, bu, faktdır, amma məsələ bu deyil”.

Zelenski əlavə edib ki, gələcəkdə danışıqlar qruplarının görüşləri mümkündür, lakin o hesab edir ki, bunun baş verməsi üçün atəşkəslə bağlı razılaşmalar əldə edilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031