qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu partiyalara ayrılan dövlət vəsaiti kəsildi

Dünən, 20:35

bu-partiyalara-ayrilan-dovlet-vesaiti-kesildi


Ağ Partiya və “Azərbaycan Xalq Partiyasına dövlət tərəfindən ayrılan maliyyə vəsaiti kəsilib
Bu barədə hər iki partiyadan “Qaynarinfo”ya məlumat verilib.

Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn bunun səbəbini təqdim edilən maliyyə hesabatında müəyyən uyğunsuzluqların olması ilə əsaslandırıb: “Biz onsuz da həmişə maliyyəsiz olmuşuq. 3-5 ay maliyyə almaqla bir şey dəyişməyib. Ayda haradasa bir neçə yüz manatdan söhbət gedir. Sözün düzü, onun da baş ağrısı faydasından daha çoxdur”. 

Tural Abbaslının sədri olduğu Ağ Partiyanın sözçüsü Cavanşir Abbaslının sözlərinə görə isə buna səbəb yeni qanunda olan çətinliklərdir: “Uyğunlaşma ilə bağlı bütün partiyalarda problem yaranıb. Gələn il yenidən yeni qanuna uyğun bütün prosedurları düzgün yerinə yetirməliyik, təqdimatı da düzgün verməliyik”.

Qeyd edək ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyasının aprelin 1-də yaydığı məlumata əsasən, dövlət qeydiyyatında olan 26 partiyadan 25-i 2024-cü il üzrə maliyyə hesabatını MSK-ya təqdim edib. Hesabatı təqdim etməyən partiya isə Azərbaycan Xalq Cəbhəsi Partiyası olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031