qanunedalet.com.az
http://qanunedalet.com.az

“Sülh sazişi imzalanmağa hazırdır” - Ermənistan XİN

13-03-2025, 19:57

sulh-sazisi-imzalanmaga-hazirdir

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişinin bütün maddələrinin razılaşdırıldığını təsdiq edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan XİN bu barədə bəyanat yayıb. 

Bildirilib ki, Ermənistan XİN diplomatik kanallar vasitəsilə sülh sazişində razılaşdırılmayan iki maddə üzrə Azərbaycanın təklifini qəbul etdiyini Bakıya çatdırıb. 

“Sülh sazişi imzalanmağa hazırdır. Ermənistan sazişin imzalanma yeri və tarixi barədə Azərbaycanla konsultasiyaları başlatmağa hazırdır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031