qanunedalet.com.az
http://qanunedalet.com.az

Prezident sabah Türkiyəyə gedəcək

4-03-2025, 19:06

prezident-sabah-turkiyeye-gedecek

Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib.

O bildirib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Görüşdə cari regional və qlobal hadisələr, həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində təməli 25 sentyabr 2023-cü ildə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı bağlantı vasitəsilə keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930