qanunedalet.com.az
http://qanunedalet.com.az

İlham Əliyev Şri-Lanka Prezidentini təbrik etdi

4-02-2025, 20:34

ilham-eliyev-sri-lanka-prezidentini-tebrik-etdi

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Prezidenti Anura Kumara Dissanayakeyə təbrik məktubu göndərib.
Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül tapmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli qaydada dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031