qanunedalet.com.az
http://qanunedalet.com.az

Fransadan növbəti cılız addım - Bakıdakı tədbiri pozmağa cəhd edib

14-10-2024, 20:16

fransadan-novbeti-ciliz-addim


Bu il sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının illik konfransını pozmaq üçün Fransanın Xarici İşlər Nazirliyi səviyyəsində təxribata əl atıbmış.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, tədbirdə Fransadan 10-a yaxın nümayəndənin iştirakı nəzərdə tutulsa da, Fransanın Xarici İşlər Nazirliyi onlara yazılı şəkildə xəbərdarlıq edərək, Azərbaycana səfər edəcəkləri təqdirdə guya Bakıda həbs təhlükəsi ilə üzləşə biləcəklərini iddia edib. Bu iddianı əsas gətirən Fransa XİN onlara Azərbaycana getməməyi tövsiyə edib.

Nəticədə, Fransadan cəmi 3 nəfər - bu ölkənin baş prokurorunun müavini Gilles Charbonnier, Frankofoniya Assosiasiyasının katibi İvanni Bulvar və Sirakuza Beynəlxalq İnsan Hüquqları Universitetinin prezidenti Jan-Franko Toni tədbirdə iştirak edib, səfərdən də məmnun qalıblar.

Həmçinin, məlum olub ki, Fransa XİN konfransda iştirak üçün qeydiyyatdan keçmiş fransızdilli ölkələrin nümayəndələrinə də ölkəmizə səfər etməməyi tövsiyə edibmiş.

Bu, Fransada ən yüksək dövlət səviyyəsində Azərbaycana qarşı nə qədər cılız təxribatlara əl atdığına növbəti sübutdur.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728